Menu

Seul avtovağzalında dəhşət: 7 ölü, 20 yaralı

26.05.2014, 11:09
Seul avtovağzalında dəhşət: 7 ölü, 20 yaralı

Cənubi Koreyanın paytaxtı Seul yaxınlığında avtobus terminalında baş verən güclü yanğın azı 7 nəfərin ölümünə səbəb olub.

Daha 20 nəfərin də xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna edilmir.

"Renhap" agentliyinin məlumatına görə, Seulun peyk-şəhəri sayılan Koyan şəhərciyində baş verən yanğın artıq nəzarət altına alınıb.

İlkin versiyaya görə, yanğına avtovağzal ərazisində aparılan qaynaq işləri zamanı ətrafa saçılan qığılcım səbəb olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol