Menu

Yanvarda problemli kreditlərin həcmi 11% artıb

10.03.2017, 16:48
Yanvarda problemli kreditlərin həcmi 11% artıb

2017-ci il fevralın 1-nə kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 633,1 mln. manat təşkil edib. "APA-Economics" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, illik müqayisədə 318,5 mln. manat və ya 24,2% çoxdur.

İlin əvvəli ilə müqayisədə isə yanvarda problemli kreditlərin həcmi 160,5 mln. manat və ya 10,9% artıb.

Problemli kreditlərin iqtisadiyyata kredit qoyuluşlarında payı 9,8% təşkil edir. Ötən ilin sonuna bu göstərici 9% idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol