Menu

"Rusiya ilə vizasiz rejimə keçid tezləşdirilməlidir" - Ərdoğan

10.03.2017, 20:00
"Rusiya ilə vizasiz rejimə keçid tezləşdirilməlidir" - Ərdoğan

Rusiya və Türkiyə arasında vizasız rejimə keçidi sürətləndirmək lazımdır.

Trend-in məlumatına görə, bunu Türkiyə lideri Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra bildirib.

Türkiyə prezidenti qeyd edib: "Vizasız rejim üçün addımlar atırıq. Düşünürəm bu məsələni tezləşdirmək lazımdır".

Ərdoğan Türkiyə və Rusiya arasında aviareyslərin sayının artırılmasını da vacib addımlardan sayıb.

Bundan başqa, dövlət başçısı Türkiyənin Rusiyadan MS-21 təyyarələrinin tədarükündə maraqlı olduğunu deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol