“Danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır”.
APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland həmsədrlərin Bakıda keçirdikləri mətbuat konfransında deyib.
O bildirib ki, 2016-cı ilin aprel hadisələrinin birinci ildönümü cəbhədə yox, danışıqlar masasında qeyd olunmalıdır.
Diplomat əlavə edib ki, hər 3 həmsədr münaqişənin hərbi yolla həllinin mümkün olmadığını düşünür.


Şərhlər