Menu

"Almaniya Türkiyəyə silah satışını dayandırmalıdır" - Deputat

11.03.2017, 19:28
"Almaniya Türkiyəyə silah satışını dayandırmalıdır" - Deputat

"Almaniya Türkiyəyə silah satışını dayandırmalıdır".

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya parlamentinin millət vəkili Sevim Dağdələn söyləyib.

“Avropa Birliyi və Türkiyə arasında imzalanan miqrant razılaşması Merkel-Ərdoğan paktıdır. Bu sənəd Almaniya hökumətinə təzyiq üçün şantaj vasitəsidir. Hökumət Ərdoğanın kürdlərə qarşı savaşdığını bildiyi halda Türkiyəyə silah satır”, – deputat bildirib.

Qeyd edək ki, son günlər Almaniya-Türkiyə münasibətləri pisləşib. Buna səbəb Almaniyanın Türkiyəni siyasi liderlərinə ölkə ərazisində referendumla bağlı çıxış etmələrinə imkan verməməsi səbəb olub.

Sevim Dağdələn əslən Türkiyədəndir. Milliyyətcə kürddür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol