Dünən Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində bir neçə yüksək vəzifəli şəxs qəfil işdən azad edilib. Bu barədə Gununsesi.info-ya “Azəriqaz”ın adının çəkilməsini istəməyən yüksək vəzifəli işçilərindən biri məlumat verib.
Məlumatda qeyd olunur ki, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev bir gecədə birliyin Hüquq Departamentinin rəisi Elbrus Məmmədovu, Bakı Sayğaclaşdırma Departamentinin rəisi Elşən Quliyevi, Bakı İstismar Departamentinin rəisi Osman Behbudovu, həmin idarənin baş mühəndisi və “Azəriqaz”ın bir neçə regional idarələrinin rəislərini işdən azad edib.
Bu gün səhər işə gələn həmin şəxslərə artıq bu qurumdan kənarlaşdırıldıqları barədə xəbər verilib. Məlumatda bildirilir ki, baş direktor bu əmri verərkən, Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozub.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Gununsesi.info-ya açıqlamasında rəhbəri olduğu qurumda baş verən son hadisələrdən danışıb. Əkbər Hacıyev bildirib ki, işdən çıxarmalar SOCAR daxilində aparılan müəyyən yerdəyişmələrlə bağlıdır: “Burada heç bir sensasiyalı məqam yoxdu, bu şirkətdaxili adi yerdəyişmələrdir. Hər hansı narazılıq və qanunsuzluq ortada yoxdur. Bu adi bir məsələdir, SOCAR-ın daxili işidir. Burada sensasiya sayılacaq hər hansı bir məqam yoxdur” – deyə, o, bildirib.


Şərhlər
Mingecevir seher QRES qesebesinin sakini Baqirov Vusal terefinen.Size bildirirem ki bizim Vaqinlar qesebesinde 250 ferdi yasayis evi var defelernen yerli icraya bildirilib ve xayis olunub ki bizim qesebeye qaz cekilsin.Soz verilib amma emel olunmayib.Sizden butun qesebe sakinleri adin srtiq derecede xais edirik ki bize oz komeyinizi gorsedesiniz.Qaz xetdi bizim qesebenin 2 km qeder cekilib.
Lerik rayonun siyov kend sakini Rehimov Ehmedaqa terefinden.Erazimiz 350 teserrufat,236 ev ,2500 ehali vardir.Qaz xetti qonsu kend Zerikumecoya qeder cekilib ,kendimize 3 km mesafe var.Kendimizden sonra 20 kend vardir.Xais edirem bize tecilli qaz cekin!
Lerik rayonun Siyov kend sakini Rehimov Ehmedaqa terfinden.Size bildirirem ki,erazimizde 350 teserrufat,236 ev,2500 ehali yasayir.Qaz xetti qonsu kend Zerikumecoya qeder cekilib,bize 3 km mesafededir.Bizim kendimizden sonra 20 kend vardir.Kendler ardicildir.Bize tecilli qaz xettinin cekilmesini xahis edirik!Meselerimiz de tamami ile qirilib,yanacaq ucun hec bir sey yoxdur