Menu

"Polis Ərdoğana dəstək mitinqini dağıdıb" - Hollandiya

12.03.2017, 11:41

erdoganHollandiyanın Rotterdam şəhərində Türkiyənin nazirinə konsulluğa girmək icazəsi verilmədikdən saatlar sonra, polis prezident Rəcəb Tayyib Ərdoğana dəstək mitinqini pozub.

Türkiyəli nazir daha sonra Almaniya sərhədinə qədər müşayiət edilib və ölkədən çıxarılıb.

Nazir yol boyu Twitterdə acıqlı tvitlər atıb.

Polis iki ölkə arasında diplomatik qalmaqal qızışan kimi konsulluq qarşısında toplaşmış nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Məlumatlara görə, aksiya iştirakçıları polis maşınlarına hücum edib və onlara butulka atıb.

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Hollandiyada yaşayan türklərin referendumda dəstəyini almaq üçün şənbə günü buraya gəlib.

BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol