Menu

İsveç də “referendum təbliğatı” istəmir 

12.03.2017, 13:40
İsveç də “referendum təbliğatı” istəmir 

Hollandiya ilə Türkiyə arasında yaranan “referendum təbliğatı” böhranı səngiməmiş, bir xəbər də İsveçdən gəlib. İsveç Xarici İşlər Nazirliyi AKP-nin sədr müavin yardımçısı Mehdi Ekerin çıxış edəcəyi yerin sahibinin kirayə müqaviləsinin ləğv edildiyini bildirib.

Mehdi Eker bu gün İsveçin paytaxtı Stokholmda anayasa dəyişikliyi səsverməsi kampaniyası çərçivəsində keçirilən görüşdə iştirak edəcəkdi. İsveç Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü Kent Öberg İsveç radiosunun sualına verdiyi cavabda ” İsveçdə ifadə azadlığı var, hər kəs çıxış və yığıncaq etmək hüququna malikdir, belə bir icazə qəbul edilərsə, o yığıncaq keçirilə bilər ” deyib.

Əcnəbi siyasətçilərin başqa ölkələrdə kampaniya aparması ilə bağlı hüququ məsələni qiymətləndirən Beynəlxalq Hüquq professoru Ove Bring deyib: ” Təməl qayda olaraq ifadə azadlığı hüquqi baxımdan keçərlidir. Ancaq Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi lazım gəldiyi halda digər ölkələrin siyasi kampaniyalarının qadağan olunma haqqını da tanıyır”.(azadliq.info)

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol