Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Niderland hakimiyyətinin ona və nümayəndə heyətinin üzvlərinə qarşı kobud davrandığını bildirib.
“Biz çox kobud və sərt münasibətlə üzləşdik. Mən nazir kimi diplomatik pasporta malikəm, Türkiyə vətəndaşları ilə Türkiyənin bu ölkədəki konsulluğunda, Türkiyə ərazisi sayılan bir yerdə görüşməyi planlaşdırırdım. Beynəlxalq hüquqa əsasən bu görüş üçün hər hansı icazə almaq tələb edilmir. Beynəlxalq ictimaiyyəti Niderland hakimiyyətinin bu qanunsuz və qeyri-insani hərəkətini qınamağa çağırıram”


Şərhlər