AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyada məxsusi olaraq «Rusiya hakerləri» ilə mübarizə məqsədilə yeni nazirlik yaradılıb.
«Rusiya hakerləri»nin ölkədə keçiriləcək seçkilərə müdaxilə ehtimalından ehtiyatlanan Baş nazir Tereza Mey «pozuculuq fəaliyyətləri ilə mübarizə üzrə» yeni nazir postunun yaradılması barədə qərar qəbul edib.
«The Times» qəzeti xəbər verir ki, «Britaniya demokratiyasının bütövlüyü və toxunulmazlığı» üzrə mübarizə aparmaq Ben Hammerə tapşırılıb.
Birləşmiş Krallıqda bütün ciddiyyəti ilə narahatdırlar ki, Rusiyanın kiberhücumları, feyk (yalan, saxta) xəbərləri və pulu ölkədə demokratiyanı laxlada və 2020-ci ilə planlaşdırılmış parlament seçkilərinin nəticələrinə təsir göstərə bilər.

Şərhlər