Goranboy rayonunda 35 yaşlı kişi meyiti tapılıb."Report"un məlumatına görə, səhər saatlarında təcili tibbi yardım avtomobili kişi meyitini Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə gətirilib. Müayinələr zamanı meyitin rayon sakini 1982-ci il təvəllüdlü Ruhin Xəlilov olduğu müəyyən edilib.
Qeyd edək ki, 35 yaşlı kişi ruhi xəstə olub. Onun hansı səbəbdən ölməsi araşdırılır.


Şərhlər