Menu

Rusiyanın “Eurovision” iştirakçısını Ukraynaya buraxmaya bilərlər

13.03.2017, 19:03

eurovision 29Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib ki, Rusiyanın “Eurovision” təmsilçisi kimi Yuliya Samoylovanı seçməsi təxribatdır.

Virtualaz.org “liga.net” portalına istinadən xəbər verir ki, nazirin sözlərinə görə, müğənni 2015-ci ildə Krım yarımadasını zityarət edib.

“Ukrayna Təhlükəsizlik Xidməti onu yoxlayır, əgər bu deyilənlər doğrudursa. Qanun hamı üçün eyni olmalıdır. Rusiya artıq neçə ildir ki, təxribatla məşğuldur”, - Klimkin deyib.

Ukraynanın bu bəyanatının müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi tərəfindən necə qarşılanacağı hələlik məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol