Menu

Ərdoğan Merkeli terrorçuluğa dəstəkdə günahlandırıb

13.03.2017, 23:14

erdogan-merkelTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkeli ölkə ərazisində terrorçuluğa dəstəkdə günahlandırıb.

APA-nın məlumatına görə, bu barədə Ərdoğan televiziya ilə çıxışında deyib.

“Almaniya ən amansız şəkildə terrorçulara dəstək verir. Biz Almaniyaya PKK və FETÖ terrorçularının 4 500 dosyesini göndərmişik, lakin onların hamısı cavabsız qalıb”, deyə Ərdoğan bildirib.

O, həmçinin Türkiyədə həbs olunan Dəniz Yuceli casus və terrorçu adlandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol