Menu

48 yaşlı qadın intihar etdi

14.03.2017, 09:53
48 yaşlı qadın intihar etdi

İmişli rayonunda intihar hadisəsi baş verib.

İmişli rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun P.Həsənov küçəsi, 126 saylı evdə baş verib. Həmin ünvanda yaşayan 1969-cu il təvəllüdlü Şahbazova Səidə İman qızı həyətlərindəki yarımçıq tikilidə özünü asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı İmişli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hgəddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol