AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə hökuməti Niderland səfirinin məzuniyyətdən ölkə ərazisinə qayıtmasına icazə verməmək barədə qərar qəbul edib.
Bu barədə bazar ertəsi nazirlər kabinetinin iclasından sonra Türkiyə Baş nazirinin müavini Numan Qutulmuş bəyan edib.
«Bizim tələblərimiz Haaqa tərəfindən yerinə yetirilənə qədər, məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə buraxılmaması barədə qərar qəbul edilib» - deyə, Baş nazir müavini bildirib.
Numan Qurtulmuş onu da qeyd edib ki, Türkiyə Hollandiya diplomatlarının ölkə ərazisinə uçuşunu da qadağan edəcək.
Türkiyə Hollandiya ilə diplomatik münasibətləri də dayandırmaq barədə qərar qəbul edib. Bu barədə Baş nazirin müavini Numan Qurtulmuş məlumat verib. Qurtulmuş Avropa İttifaqı ilə miqpasiya barədə əldə olunmuş razılaşmaya da yenidən baxılması imkanlarını istisna etməyib.
Bundan əvvəl Türkiyə Niderlanda iki etiraz notası ünvanlamış və onu sanksiyalarla hədələmişdi.
Xatırladaq ki, ötən şənbə günü Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Çavuşoğlunun təyyarəsinin bu ölkəyə enişini qadağan edib. Buna görə, Türkiyə tərəfi Hollandiyanın yazılı üzr istəməsini tələb etmişdi. Qarşı tərəf üzr istəməyəcəyini bildirmişdi.
Bu məsələdə Almaniya Hollandiya hakimiyyətini dəstəkləyir. Avstriya da Hollandiyanın yolu ilə gedəcəyini bildirib.

Şərhlər