Menu

“İstəyirlər 100 adamı tutsunlar, nə xeyri…” - Fikrət Qoca oğlunun qətlindən danışdı

14.03.2017, 13:04
“İstəyirlər 100 adamı tutsunlar, nə xeyri…” - Fikrət Qoca oğlunun qətlindən danışdı

"Oğlumun öldürülməsindən xəbərsiz idim”. Bunu BakiPost.az-a xalq şairi Fikrət Qoca deyib.

O bildirib ki, nazirlik məlumat yayana kimi oğlunun yıxılaraq öldüyünü bilib: "Mən oğlumu itirmişəm. Daxili işlər Nazirliyi çox sağolsun ki, bu məsələyə aydınlıq gətiriblər. Amma bunun da heç bir təsəllisi yoxdur. Çünki mənim bir oğlum var idi. O da öldü. İstəyirlər 100 adam tutsunlar. Bunun mənə xeyri var?

Əlbəttə ki, səbəbini açıb öyrəcənəklər ki, onu kimlər niyə öldürüb”.

Şair qeyd edib ki, oğlunun hansı səbəbdən öldürüldüyünü bilmir: "Mən onu belə qudurtmamışam ki, atasına görə lovğalıq etsin. O çox ağıllı və savadlı bir oğul idi. Ən yüksək vəzifələrdə belə işləyib. Oğlum hər şeyin qədrini bilirdi. Onu nə düşməni ola bilərdi ki?”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol