Menu

Niderland Türkiyədən ÜZR İSTƏDİ

14.03.2017, 23:26
Niderland Türkiyədən ÜZR İSTƏDİ

Hollandiyada saxlanılan səfirimizlə bağlı üzr istənildi.Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.

“Bunun yanlışlıqla olduğunu dedilər. Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) getmək zəruridir. Məndə olan məlumata görə, zərərçəkənlər AİHM-ə gedəcək. Bütün detallar araşdırılacaq. Səfirin saxlanılması ilə bağlı üzr istənildi”, - Türkiyə rəsmisi bildirib.

Qeyd edək ki, Almaniyadan Hollandiyaya səfər edən Türkiyənin Ailə və Sosial Siyasət naziri Betül Qaya sərhəddə saxlanılaraq, qeyri-qanuni şəkildə polis məntəqəsinə aparılmışdı.

Baş nazir hadisənin baş verdiyi 11 mart gecəsi həmkarı Rutte ilə gərgin keçən bir telefon söhbəti etdiyini bildirib. Binəli Yıldırım Niderland baş nazirinin ona yemək masasında baş verənləri müzakirə etməyi təklif etdiyi barədə xəbəri də təsdiqləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol