Menu

Çin, dəniz piyadası korpusunu 5 dəfə böyütməyi planlaşdırır

15.03.2017, 00:02
Çin, dəniz piyadası korpusunu 5 dəfə böyütməyi planlaşdırır

Çinin xalq-azadlıq ordusu dəniz piyadası korpusunun say tərkibini 100 min nəfərə qədər artırmağı planlaşdırır və öz hərbçilərini Cibutidə, Somali yarımadasında və Pakistanın cənub-qərbindəki Qvadar şəhərində yerləşdirmək niyyətindədir. Xəbəri «South China Morning Post» nəşri yayıb.

Hazırda Çin ordusunda təxminən, 20 min nəfərə yaxın dəniz piyadası xidmət keçir. Nəşrin Çin xalq-azadlıq ordusundakı (ÇXAO) mənbəyinin məlumatına görə, dəniz piyadası artıq əlavə iki briqada alıb, yaxın vaxtlarda isə daha altı briqada alacaq. Dəniz piyadasının ümumi sayının 100 min nəfərə çatdırılacağı planlaşdırılır. Bundan əlavə, hərbi-dəniz qüvvələrinin sayı da 15,0 faiz artırılacaq. Hazırda onların sayı 235 min nəfər təşkil edir.

Nəşrin xəbərinə görə, tarixən belə alınıb ki, Çinin dəniz piyadası yalnız ölkənin sahil rayonlarında xidmət keçir və ona əhəmiyyətsiz rol ayrılıb - silahları isə adi hərbi texnikadan idarət olub. Ancaq son vaxtlar ölkənin təhlükəsizliyini təhdid edən çağırışların sayı artıb. Korpusun say tərkibinin artırılmasından sonra onun cavabdehlik daşıdığı zonaların sahəsi, təchizatı və səlahiyyətləri də artacaq. Belə ki, Çinin milli maraqlarını Koreya yarımadasında, Cibutidə və Pakistanın Qvadar limanında da qorumaq lazım gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol