Menu

Qadın özünü qatarın altına atdı - Bakı metrosunda

15.03.2017, 12:25
Qadın özünü qatarın altına atdı - Bakı metrosunda

"Bakı Metropoliteni"nin “Ulduz” stansiyasında intihara cəhd baş verib.

Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə bu gün saat 10:40 radələrində baş evrib:

“1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar platformaya daxil olarkən özünü qatarın altına atıb. Maşinist dərhal qatarı saxlayıb və qadın relslərin arasından çıxarılıb”.

N.Paşayev qadının ilkin olaraq intiharı inkar etdiyini qeyd edib:

“Qadının sağlamlığı yerindədir, heç bir zədə almayıb. Hazırda polis əməkdaşları araşdırma aparır. Hələlik intihara cəhdin səbəbləri məlum deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol