Menu

İtkin düşmüş neftçilərdən daha birinin meyiti tapıldı

15.03.2017, 14:48
İtkin düşmüş neftçilərdən daha birinin meyiti tapıldı

Martın 13-də dənizdə meyiti tapılan naməlum kişinin şəxsiyyəti müəyyənləşib.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən məlumata görə, meyiti tapılan şəxsin "Azneft" İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçi, Salyan rayonunun Xıdırlı kənd sakini Ramiz Qulu oğlu Abbasov olduğu ehtimal edilir.

Genetik ekspertizanın nəticələri açıqlanmasa da, R. Abbasovun yaxınları onu bədənindəki işarədən tanıyıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol