Menu

Dəməşqdə Ədalət Sarayında güclü partlayış - 25 nəfər ölüb, xeyli yaralı var

15.03.2017, 16:30
Dəməşqdə Ədalət Sarayında güclü partlayış - 25 nəfər ölüb, xeyli yaralı var

Suriyanın paytaxtı Dəməşqdə güclü partlayıb baş verib.

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi xəbərə görə, onlarla insanın öldüyü və yaralandığı bildirilir.

Partlayış Ədalət Sarayının binasında baş verib. Partlayıcı qurğu binanın foyesində işə salınıb.

Yerli SANA Agentliyi partlayış nəticəsində azı 25 nəfərin öldüyünü xəbər verib.

Çoxlu sayda yaralının olduğu bildirilir.

Ötən həftə Dəməşqdə ikiqat terror aktı nəticəsində 70-dən çox adam ölüb. O zaman terrorçular Bab-əs-Səgir şiə məzarlığı yaxınlığında toplaşan kütlə içində partlayıcı qurğuları işə salıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol