Menu

Gömrük Komitəsi “Azərişığ”ın müraciətindən sonra 20 şəxsi yaxalayıb - VİDEO

15.03.2017, 17:15
Gömrük Komitəsi “Azərişığ”ın müraciətindən sonra 20 şəxsi yaxalayıb - VİDEO

Dövlət Gömrük Komitəsi (DGK) Bakı Baş Gömrük İdarəsinin poçt göndərişləri bölməsində gömrük nəzarəti zamanı ayrı-ayrı vətəndaşlar tərəfindən sifariş edilən maqnitlər aşkar edilərək saxlanılıb. “Report”un məlumatına görə, ümumilikdə 20 fakt üzrə 25 maqnit aşkar edilib.

DGK-nın açıqlamasında deyilir ki, "Azərişıq" ASC ayrı-ayrı vətəndaşlar tərəfindən xarici ölkələrdən gətirilən müxtəlif maqnitlərdən istifadə olunaraq elektrik sayğaclarına qanunsuz yolla müdaxilə edilməklə dövlətə məxsus elektrik enerjisinin talandığı, həmin halların qarşısının alınması üçün kömək göstərilməsi barədə DGK-ya müraciət edib.

Video Player

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol