Rusiya Poroşenko ilə dialoqa hazır olduğunu bildirib. Belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. Lavror qeyd edib ki, Poroşenkonun Rusiya ilə münasibətlərin vacib olduğunu bildirməsi diqqətdən kənarda qalmayıb: "Prezident Putin də Kiyevdəki hakimiyyətlə eyni zamanda Poroşenko ilə razılığa hazır olduğunu deyir".
Eyni zamanda Lavrov qeyd edib ki, Poroşenko Rusiya ilə danışıqların ABŞ və Avropa Birliyi vasitəçiliyi ilə deyil, birbaşa Kreml ilə aparılmasını istəyib. Lavrov daha sonra bildirib ki, Rusiya Ukrayna ilə praqmatik və bərabər hüquqlu dialoq qurmağa hazırdır.


Şərhlər