Menu

“İsrail irqçi dövlətdir” – BMT-nin rəyi

15.03.2017, 23:29
“İsrail irqçi dövlətdir” – BMT-nin rəyi

İsrail Fələstin xalqına qarşı irqi ayrı-seçkilik edən aparteid rejimi bərqərar edib.

Strateq.az "Reuters"ə istinadla xəbər verir ki, BMT-nin İsraili ittiham edən hesabatda belə deyilir.

Hesabatın müəllifi BMT-nin Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasıdır (ESCWA). BMT-nin baş katibinin müavini və ESCWA-ın icra katibi Rima Xələfin sözlərinə görə, sənəd İsrailin irqçi dövlət olduğunu isbatlayır.

"Yalnız Beynəlxalq Məhkəmə bu qiymətləndirməni həqiqətən nüfuzlu edəcək", – deyə o, sözlərinə əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol