Menu

«BİZƏ NASİST DEMƏYİN!» - Almaniya Türkiyədən tələb edir

16.03.2017, 01:14

«Bu, bir reyx, bir xalq, bir biletdir!»

Merkelová-Erdogan

Almaniya Federativ Respublikasının (AFR) Nazirlər Kabineti (NK) Türkiyədən Avropa İttifaqı ölkələrini nasistlərlə müqayisə etməyə son qoymağı tələb edib.

«Avropa İttifaqı ərazisində Ankaranın nümayəndələrinə bir sıra tədbirlər keçirməyə icazə verilmədiyinə görə, Türkiyə Avropa ölkələrini nasional-sosialistlərlə eyniləşdirməyə son qoymalıdır» - deyə, çərşənbə günü keçirdiyi brifinqdə AFR hökumətinin rəsmi nümayəndəsi Şteffen Zaybert bəyan edib.

Bundan əvvəl Ankarada bəyan ediblər ki, Almaniya və Hollandiya «nasist siyasəti»nə əl atıb. Bu bəyanat həm də Türkiyənin Prezidenti R.T.Ərdoğanın dilindən səslənib.

Bu, artıq ciddi məsələdir və Avropa «demokratları»nın iç üzünü açır. Bu baxımdan, Almaniyanın narahatlığı başa düşüləndir. Nədən ki, AFR adlı dövlət rəsmən Hitler Almaniyasının hüquqi varisi - yəni, xələfi sayılır. Sələfi nasist olanı öz adı ilə çağırmaq isə normal yanaşma sayılmalıdır. Türkiyə Prezidenti də beləcə deyib: «Sizin indiki davranışınız nasist keçmişinizlə eyniyyət təşkil edir!».

Ancaq Almaniya hökuməti Türkiyə Prezidentinin bu bəyanatını süngü ilə qarşılayıb və hətta belə deməməyi Türkiyə hökumətindən «tələb edir». Yumşaq desək, bu «tələb» özündə kifayət qədər «həyasızlıq yükü» daşıyır. Başqalarının belə deməməsi üçün gərəkdir ki, başda Merkel olmaqla, bütün Almaniya öz nasist keçmişindən sözdə yox, əməldə imtina etdiyini açıq və hamının başa düşdüyü şəkildə sübuta yetirmiş olsun. Nə yazıq, belə deyil və müşahidələr göstərir ki, çağdaş Almaniya hökuməti əməldə nasist Almaniyasından bir qədər də irəli gedib. Məsələn, Jirinovski demiş, nasistlərin vaxtında Almaniyaya giriş açıq olub. Amma «reyxsfürer Merkel» ölkəyə diplomatların da girişini qadağan edib! Nasist xələflərinin timsalında, dünya təcrübəsində bu yaramazlığın da şahidi oduq…

Digər tərəfdən, «nasist» ifadəsinə görə, Almaniyanın Türkiyədən «inciməsi» üçün heç bir əsas görsənmir, Nədən ki, Türkiyə rəsmilərinin bu bəyanatı mahiyyət etibarilə reaktivdir (Almaniyanın yapdıqlarına adekvat cavabdır) - bu, birincisi…

İkincisi, Almaniya hökumətinin, şəxsən kansler Merkelin «reyxsfürer», «nasist» adlandırılması ilk dəfə deyil və ötən illərdə müxtəlif ölkələrin siyasətçiləri Angela Merkeli nasist sələfi adlandırıb. Buna bir neçə misal gətirmək istərdim.

Hələ 2015-cü ildə Aza Pravdina adlı müəllif «Reyxsfürer Merkel tribunadan banderçiləri salamlayır» (www.chitalnya.ru) başlıqlı məqaləsinə Adolf Hitlerdən sitat gətirməklə başlayır: «Mən, bütün vasitələrdən istifadə edərək, təcavüz siyasəti yeridirəm, mənəviyyat və «ləyaqət kodeksi» kimi dəyərlərin qayğısına qalmıram. Siyasətdə heç bir qanuna məhəl qoymuram. Siyasət - bu, elə bir oyundur ki, burada bütün kələkbazlıqlar yolveriləndir və qaydaları oyunçuların incəsənətindən asılı olaraq dəyişir… Lazım olan vaxt saxtakarlıq və oyunbazlıqdan çəkinməyəcəyik…».

Müəllif kansler Angela Merkel barədə yazır: «Gənc Angela uşaqlıqda gecələr üzünü yastığa söykəyib, ağlayardı - 1945-ci ildə almanların məğlubiyyətindən böyük narahatlıq keçirərdi… gizlicə reyxsfürer olmağı arzulayardı…

Budur, indi onun arzusu yerinə yetib, fəqət, çox-çox illər sonra - artıq üzünü qırış basmış və «baba Yaqa» kimi «çəp təbəssümlü» qarıya çevriləndən sonra. Budur, o, tribunada tamamilə Gerinq kimi və ya Hitlerin özü kimi dayanıb. O, reyxsfürer Merkel Kiyevdə faşistlərin paradını qəbul edir. Onun yaşarmış gözləri önündən sonsuz sayda «svastikalı» bayraqlar və İkinci dünya müharibəsi zamanıdakı hitlerçi uniformasında SS xadimlərinin portretləri ötüb keçir…».

İndi soruşmaq yerinə düşərdi: Nasistlərin xələfi sayılan Almaniya hökuməti və şəxsən kansler Angela Merkel nə üçün müəllifə etirazını bildirmədi, ondan təkzib tələb etmədi?!

Digər misal… 09 oktyabr 2012-ci ildə «İzvestiya» qəzeti yazırdı: «Merkelin gəlişi münasibətilə yunanlar nasist uniforması geyindilər».

Daha bir misal. 2015-ci ilin iyulunda polyak deputat Yanuş Korvin-Mikke Strasburqda Avropa Parlamentinin iclası zamanı əlini nasist salamı ilə qaldıraraq, bəyan etmişdi: «Bu, bir reyx, bir xalq, bir biletdir!». Bununla, deputat Avropa İttifaqında vahid nəqliyyat biletlərinin tətbiqinə etirazını bildirmişdi. İki aydan sonra həmin deputat miqrantları «insan zibili» adlandırmağı özünə rəva bilmişdi…

Digər bir deputat - Canluka Buonanno Avropa parlamentinin plenar iclasına əyninə Hitlerin əlamətləri ilə «bəzdilmiş» Merkelin təsviri olan «mayka» geyinib gəlmişdi. Bundan başqa o, Almaniya kansleri Angela Merkeli və Fransa Prezidenti Fransua Ollandı nasist salamlı ilə salamlamışdı…

Bəs, o zaman «reyxsfürer Merkel» nə üçün deputatlardan «tələb» (nəyi isə!) etmədi? Cavabı çox sadədir - ona görə etmədi ki, buna mənəvi haqqının çatmadığını anlayırdı…

İndi bu haqsız nasist xələfləri nə əcəb Türkiyənin ünvanına «hürüşürlər»? - sanki Aya «hürürlər»…

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol