Menu

Arda "Barsa"ya?

26.05.2014, 20:01
Arda "Barsa"ya?

"Atletiko”nun (Madrid) türkiyəli yarımmüdafiəçisi Arda Turan karyerasını "Barselona"da davam etdirə bilər.

Xəbərə görə, futbolçu bu mövsüm göstərdiyi möhtəşəm çıxışla Avropanın bir çox nəhəng klublarının diqqətini cəkib.

Son zamanlar Ardanın "Mançester Yunayted"dən təklif alması və bu təklifə müsbət yanaşması barədə məlumatlar dolaşırdı. İndi isə türk futbolçu rekord transfer təklifi alıb. İddialara görə, onun 35 milyon avroya "Barselona"ya keçəcəyi deyilir. Arda Turan və onun menecerlərinin də bu təklifə müsbət yanaşdığı deyilir (publika.az).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol