Menu

Qaxda qar yağmağa başlayıb - FOTO

16.03.2017, 22:01
Qaxda qar yağmağa başlayıb - FOTO

Bugün axşam saatlarından Qax rayonu ərazisinə qar yağmağa başlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, qar rayonun Sarıbaş və İlisu kəndləri ərazisinə yağır. Hazırda qarın intensiv yağması davam edir.

Qeyd edək ki, İlisu kəndində qarla örtülü günlərin sayı 120-160 gündür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol