Menu

Rauf Arifoğlu icra başçısına bunları dedi - VİDEO

27.05.2014, 10:24
Rauf Arifoğlu icra başçısına bunları dedi - VİDEO

Azinform.az-ın elektron poçtuna «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə bağlı maraqlı video daxil olub.

Videogörüntü aprelin 23-də Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə «Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfransın keçirildiyi zalda çəkilib. Sabunçu İcra Hakimiyyətinin binasında çəkilən videodan görünür ki, Rauf Arifoğlu icra başçısı Adil Vəliyevin bələdiyyə sədrlərini danlamasına və məscidlərin çoxluğu ilə bağlı keçirdiyi narahatçılığa kəskin etirazını bildirir.

Həmin videonu təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol