«Şimali Koreyanın nüvə probleminin hərbi yolla həlli istisna deyil»
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Reks Tillerson bəyan edib ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə probleminin həlli istiqamətində bütün variantlar, o cümlədən, hərbi variant ABŞ üçün aktual olaraq qalır. Bu barədə xəbəri cümə günü Cənubi Koreyanın «YTN» telekanalı yayıb.
Bununla bərabər, dövlət katibi qeyd edib ki, necə deyərlər, «KXDR-a yönəlik strateji dözüm limiti artıq tükənib». Tillerson Çin Xalq Respublikasını (ÇXR) da Cənubi Koreya ərazisində ABŞ-ın «THAAD» tipli raket əleyhinə müdafiə kolmpleksi yerləşdirməsinə cavab tədbirləri görməkdən çəkinməyə çağırıb. Çünki ABŞ-n bu addımı istisnasız olaraq, müdafiə xarakteri daşıyır.
«Renxan» agentliyi xəbər verir ki, ABŞ dövlət katibi Cənubi Koreyaya gələn kimi, hərbsizləşdirilmiş bölgəyə gedib və bu ölkənin hərbçiləri ilə söhbət edib. Xəbərdə deyilir ki, Şimali Koreya sərhədçiləri onu müşahidə altına alıblar.


Şərhlər