Menu

Minlərlə etirazçı Sarkisyanın sarayına doğru irəliləyir

17.03.2017, 22:07

ErmenistanOn minlərlə etirazçı Yerevanın mərkəzi meydanına tərəf istiqamət alıblar. “Azadlıq” radiosunun erməni xidməti hadisə yerindən canlı yayım aparır. Nümayişçilər Artur Sarkisyanın ölümü ilə bağlı narazılıqlarını bildirirlər və onun ölümündə prezident Serj Sarkisyanı ittiham edirlər.

Etirazın təşkilatçılarından biri Şayen Arutyunan (məşhur siyasi məhbusun oğlu – red.) jurnalistlərlə söhbətində deyib ki, etiraz aksiyalatrında praktiki olaraq siyasi qüvvələrin nümayəndələri yoxdur. Mitinqə ədalət axtaran sadə Yerevan sakinləri toplaşıb.

Etiraz edınlərin bir hissəsi prezident sarayına doğru irəliləməyə və nümayişi orada davam etdirməyə qərar verib. Digər hissə isə Yerevanın Azadlıq meydanında qalmaqdadır. Virtualaz.org xəbər verir ki, etiraz edənlər Artur Sarkisyanın təntənəli şəkildə Yelabur qəbiristanlığında dəfn edilməsini tələb edirlər. Onlar həmçinin onun ölümündə günahı olanların, o cümlədən prezident Serj Sarkisyanın cəzalandırılmasını istəyirlər.

Mitinq təşkilatçıları günü yekunlaşdıraraq, yeni aksiyaları sabah davam etdirməyi planlaşdırırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol