Menu

İranın keçmiş prezidentinin qızı yenidən həbs olundu

17.03.2017, 22:42
İranın keçmiş prezidentinin qızı yenidən həbs olundu

Hökumət əleyhinə təbliğatda ittiham edilərək, İranın keçmiş prezidenti Əli Əkbər Haşimi-Rəfsəncaninin qızı Faeze Haşimi ikinci dəfə həbs edilib. Virtualaz.org “Reuters” agentliyinə istinadən xəbər verir ki, 2012-ci ildə Faeze Haşimi 6 ay müddətinə həbs olunmuşdu. Bundan əlavə, onun ölkənin siyasi və mədəni həyatında iştirakına və “KİV-də fəallıq göstərməsinə” 5 il müddətinə qadağa qoyulmuşdu.

“Faze Haşimi məhkəmə sistemi və mühafizə barədə tənqidi qeydlərinə görə yenidən 6 ay müddətinə azadlıqdan məhrum edilib”, - agentlik “Kalemeh” müxalif internet-nəşrinə istinadən məlumat verir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol