Menu

General-mayor Beydullayev polisə çağırıldı

27.05.2014, 15:16
General-mayor Beydullayev polisə çağırıldı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının sabiq rəisi, general-mayor Məmməd Beydullayev polis idarəsinə çağırılıb.Bu barədə Publika.az-a mötəbər mənbədən məlumat daxil olub.

Hələlik M.Beydullayevin polisə nə üçün çağırılması barədə məlumat yoxdur.

Sözügedən məsələ ilə əlaqədar Publika.az-ın əməkdaşı M.Beydullayevlə telefon əlaqəsi saxlayıb.

General telefon zənginə “hazırda polisdəyəm” deyə cavab verib və daha sonra telefonu söndürüb.

Xatırladaq ki, 2013-cü il oktyabrın 24-də nazir Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyinin Baş İnspeksiya İdarəsinin rəisi general-mayor Məmməd Beydullayev vəzifəsindən azad edilib.

Onun yerinə isə Azərbaycanın Milli Qəhrəmanı polkovnik Fəxrəddin Cəbrayılov təyin olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol