Menu

Cəlilabadda oğurluq hadisəsi baş verib

19.03.2017, 13:06

Qandal-mainCəlilabad rayonunda oğurluq hadisəsi baş verib.

"Report" xəbər verir ki, 12 ədəd su sayğacı naməlum şəxs tərəfindən oğurlanıb.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin şəhər sakini Rayəddin Əhmədov tərəfindən törədildiyi məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol