Oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə qədər Milli Şuranın sessiyası keçirilməyəcək. Bu barədə AzNews.az-a AXCP sədrinin müavini, Milli Şura üzvü Nurəddin Məmmədli məlumat verib.
O bildirib ki, seçkiyə qədər çox az zaman qalıb və qurum üzvlərinin iş qrafiki, həmçinin, Cəmil Həsənlinin görüşlərinin qrafiki çox sıxdır, bu baxımdan Milli Şura növbəti sessiyasının çağırılmasına ehtiyac duyulmur: “Yaxın günlərdə çox sıx qrafiklə işləməyə məcburuq. Demək olar ki, hər gün bir neçə görüş nəzərdə tutulub. Ona görə də seçkiyə qədər Milli Şuranın sessiyasının keçirilməsi real deyil”.


Şərhlər