Menu

Nigeriyada terror aktı törədilib, 4 nəfər ölüb

19.03.2017, 14:05

Esger-nigeriyaMartın 18-də yerli vaxtla saat 21 radələrində Nigeriyanın şimal-şərqində Mayduquri şəhəri yaxınlığında kəndə üç terrorçu-kamikadze hücum edib.

APA-nın “Reuters agentliyinə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadzelərin törətdiyi partlayış nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ölənlər könüllü döyüşçü, bir qadın və iki uşaqdır.

Qeyd edək ki, bundan əvvəl cümə axşamı radikal “Boko Haram” qruplaşması Borno ştatında yaşayış məntəqələrinə hücum edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol