AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) Rusiyaya aparan avtomobil yollarının tikintisini sürətləndirmək niyyətindədir. Bu, nəinki iki ölkə arasında yükdaşımaların həcmini artıracaq, həm də çinli turistlərin şərqi Sibirə axınını çoxaldacaq.
ÇXR-in Daxili Monqolustan muxtar rayonunun hakimiyyəti Rusiya və Monqolustanla əlqələrin yaxşılaşlırılması üçün avtomobil yollarının tikintisinə 101 milyard yuan (15 milyard dollara yaxın) vəsait yatırmağa hazırlaşır.
«Sinxua» agentliyinin məlumatına görə, söhbət cari ildə Mancuriya və Ərən-Hoto şəhərlərinə aparan yolların tikintisindən gedir. Daxili Monqolustanda yol tikintisinə yatırılan investisiyasların həcminin artımı 2016-cı ildəki ilə müqayisədə 12,0 faiz təşkil edir.
Yerli hakimiyyət orqanları ümid edirlər ki, 2017-ci ildə Daxili Monqolustanda arvtombil yollarının uzunluğu 20 min kilometrə çatacaq ki, bunun da 3 min kilometri sürət yolu olacaq.
Məlumat üçün bildirək ki, Çinin Mancuriya şəhəri Rusiya sərhədinin 4 kilometrliyində yerləşir.

Şərhlər