Menu

"Gizli savaş elan etdilər!" - Kadırov

20.03.2017, 14:41

kadirov

Avropa İttifaqı məhkəməsinin hicab geyinməyi qadağan etmək barədə qərarını «dinlərə qarşı gizli müharibə» adlandıran Çeçenistan başçısı Ramzan Kadırov yazır:

«Əziz dostlar! Bizim dünyamız çoxtərəflidir. Minlərlə xalqlar, qəbilələr, ənənələr, adətlər, müxtəlif irqlər. Bunu Böyük Allah belə yaradıb. Bu, bizim planetimizi parlaq, gözəl, cəlbedici edir.

İnanclı insanlar əsrlər boyu öz geyimlərində müəyyən qaydalara riayət edirlər. Bunlar bu gün yox, minilliklər əvvəl meydana gəlib. Hər bir insanın dini normalara riyaət etmək hüququna hörmətlə yanaşmaq, cəmiyyətdə şəxsiyyətlərarası və millətlərarası münasibətləri harmonizasiya edir.

Lap yaxın vaxtlara qədər belə olub. Ancaq son vaxtlar Avropada böyük sürətlə milli və dini özgürlüyü aradan götürən (yuyub aparan) proseslər baş verir. Avropalı siyasətçilər və ictimai xadimlər dinin, mənəviyyatın və digər dəyərlərin tam inkarına əsaslanan yeni «mədəniyyət» yetişdirirlər. Siyasətdə, məişətdə və ailədə mənəviyyatsızlıq ali rəmzə çevrilir.

Avropa ölkələrinin hakimiyyətləri xalqlara aqressiv şəkildə bircinsli kəbin sırıyır və uşaqları belə «ailə»lərə verirlər. Görkəmli dövlət xadimləri belələri ilə əlaqəli olduqları barədə danışmağı özlərinə şəfər bilirlər.

Bu fonda, Avropa dini, Böyük Allahın qanunlarına əməl etməyi və geyimə olan tələbləri  özünün başlıca düşməni hesab edir. Onlar istəyirlər ki, bütün dünya onlara oxşasın və İncildən məlum olan iki şəhərə  - Sodom və Homora çevrilsin.

Bir neçə gün bundan əvvəl Avropa ədliyyə məhkəməsi utanclı bir qərar çıxardıb. Bu qərar işverənlərə, insanın hansı dinə qulluq etdiyini göstərən hicab və digər geyim predmetləri gəzdirməyi öz işçilərinə qadağan etmək hüququ verir. Faktiki olaraq, söhbət dinlərə qarşı elan edilmiş gizli savaşdan gedir. Onların fikrincə, dini azadlıqları məhdudlaşdırmaq, tədricən gənc nəsli dinə qulluq etməkdən çəkinməyə gətirib çıxardacaq.

Mən əminəm ki, Avropa müsəlmanları onların bu cəhdinə qətiyyətlə «Yox!» deyəcək. Heç vaxt hicab gəzdirməyənlər də bundan sonra bu geyimdə işə, universitetlərə gələcəklər, cəmiyyət qarşısına çıxacaqlar. Hüquq Allah tərəfindən verilir və «qısır məxluq»lar bunu insanların əlindən ala bilməzlər.

Əminəm ki, digər dinlərin nümayəndələri də Avropa məhkəməsinin bu qərarına məhz bu cür münasibət nümayiş etdirəcəklər. Xatırlayın, nasist Almaniyasıda genosidi də milli əlamətlərə görə, həyata keçiriblər. Əgər sizlər sussanız, bunun bir daha və məhz dini əlamətlərə görə, təkrar edilməyəcəyinə zəmanət olmayacaq».

Çevirdi: Mirzə AĞ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol