Menu

Şimali Koreya yeni güclü raket mühərrikini sınaqdan keçirib

19.03.2017, 22:38
Şimali Koreya yeni güclü raket mühərrikini sınaqdan keçirib

AzPolitika.info «Renxan» agentliyinə istinadla xəbər verir ki, Şimali Koreya Pxenan-Pukto əyalətindəki Soxe poliqonunda yeni güclü raket mühərrikini sınaqdan keçirib. Sınaqlarda ölkə lideri Kim Çen In da iştirak edib.

Sınaqlarda məqsəd mühərrikin əsas paramertlərinin, məsələn, dartma gücü və onun konstruksiyalarının etibarlılığı kimi göstəricilərinin yoxlanması olub. Bildirilir ki, Kim Çen In mühərrikin texniki xarakteristikası ilə şəxsən tanış olub və onun testləşdirməyə hazırlanması barədə göstəriş verib.

Pxenyan sonuncu dəfə analoji sınaqları ötən ilin sentyabrında aparıb. O vaxt qeyd olunub ki, mühərrik geostasionar peykin orbitə çıxarılması üçündür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol