Menu

14 ton Azərbaycan pomidorunu Dağıstana buraxmadılar

20.03.2017, 11:33

pomidoryenii“Yaraq-Qazmalar” gömrük buraxılış məntəqəsində Rusiyanın fitosanitar nəzarət idarəsinin Dağıstan bölməsinin əməkdaşları Azərbaycandan yollanmış pomidorları saxlayıblar.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, idarədən bildirildiyinə görə, 13 ton 941 kiloqram yükü müşayiət edən fitosanitar sertifikatda təsdiqlənməmiş düzəlişlər edilib və bu da malın sərhəddən buraxılmamasına səbəb olub.

Yükün sahibi inzibati qaydada cərimələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol