Menu

İlham Əliyev Türkiyəyə gedir

27.05.2014, 17:58
İlham Əliyev Türkiyəyə gedir

Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək. Ölkə başçısı iyunun 4-də Türkiyənin Bodrum şəhərində həmkarı Abdulla Güllə görüşəcək.

Azvision.az-a istinadən məlumatına görə, görüş iyunun 4-5də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısısı çərçivəsində baş tutacaq. Toplantı Türkiyə prezidenti Abdulla Gülün sədrliyi ilə keçiriləcək.

Toplantıda İlham Əliyevlə yanaşı Qırğızıstan, Özbəkistan, Qazaxıstan və Türkmənistan prezidentləri və xarici işlər nazirləri də iştirak edəcəklər.

Qeyd edək ki, 2013-cü ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) III Zirvə toplantısı Azərbaycanın Qəbələ şəhərində keçirilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol