Misirdə keçirilən prezident seçkilərinin vaxtı bir gün daha uzadılıb. Misirdə prezident seçkilərinin vaxtının bir gün daha uzadılmasına səbəb, seçkilərin ilk günündə seçici fəallığının gözləniləndən daha aşağı olması olub. Lakin istənilən halda seçkilərin nəticələri süpriz olmayacaq.
Belə ki, ölkənin sabiq ordu generalı hərbi çevrilişin əsas siması Əbdəl Fəttah əl-Sissinin seçkilərdə qalib elan ediləcəyi gözlənilir. Qərbin oyuncağı olan Sissi ölkədə müsəlmanların idarəçilikdə iştirakının qarşısını almaq üçün Qərb tərəfindən dəstəklənir.
Onun özübnə əsas rəqib kimi seçkilərə buraxdığı Həmdin Sabahinin isə 15 faizdən artıq səs toplamayacağı proqnozlaşdırılır.
Seçkilərə qarşı çıxan Müsəlman Qardaşlığı partiyası nəticələri boykot etməsi isə məntəqələri boş qoyub. Seçkiyə gedən o qqədər azdır ki, Sissi özünü prezident elan edə bilmir.Qeyd edək ki, Müsəlman Qardaşlığı partiyasının indiyə qədər 1400-dən çox tərəfdarı öldürülüb, 16 min nəfəri saxlanılıb.


Şərhlər