AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, ölkədə S-500 zenit-raket komplekslərinin (ZRK) işlənib hazırlanması prosesi başa çatmaq üzrədir. Bu barədə Rusiya Federasiyası Prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bəyan edib.
«Biz, elə məsələlər üzərində işləyirik ki, Rusiya Federasiyasının ordusu ən yeni silahlara malik olsun. S-500 kompleksləri artıq yetişmək üzrədir» - deyə, Prezident köməkçisi «Rusiya-24» telekanalına müsahibəsində bəyan edib.
Kojin bildirib ki, S-500 raket əleyhinə müdafiə (RƏM) sistemlərinin istehsalına bir neçə ildən sonra başlanacaq.
«Əgər biz, bu gün S-400 sistemlərini istehsal ediriksə, S-500 sistemlərinin istehsalına sabah yox, bir neçə ildən sonra başlayacağıq» - deyə, Kojin qeyd edib.
Onun sözlərinə görə, hələlik dünyada S-400 sistemlərinə böyük tələbat var.


Şərhlər