Menu

Rusiya-NATO Şurasının iclasının vaxtı bilindi

24.03.2017, 18:14
Rusiya-NATO Şurasının iclasının vaxtı bilindi

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, martın 30-da Rusiya-NATO Şurasının növbəti iclası keçiriləcək. Xəbəri alman nəşri «Der Spiegel» yayıb.

İclas Brüsseldə keçəcək. «Kreml və Alyans razılığa gəlib ki, Rusiya-NATO Şurasının iclası martın 30-da alyansın mənzil-qərargahında keçirilsin» - deyə, jurnalın saytında dərc olunmuş məqalədə söhbət açılır.

Jurnalın məlumatına görə, «İskəndər» operativ-taktiki zenit-raket komplekslərinin alyansın şərq sərhədlərində yerləşdirilməsi ilə bağlı NATO bu iclasda Rusiyadan müvafiq izahat gözləyir.

Məqalədə qeyd olunur ki, Kalininqrad vilayətində raket komplekslərinin yerləşdirilməsi məsələsi ilə bağlı Rusiyanın mövqeyini general-mayor Sergey Orlov şərh edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol