1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edib.
Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 96-cı ildönümü ilə əlaqədar müxalifət partiyaları və vətəndaş cəmiyyətinin fəalları Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət ediblər.
Demokratik Qüvvələrin Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 96-cı ildönümü ilə bağlı Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edir. Tədbir artıq başlayıb. Tədbirin aparıcısı AXCP gənclər komitəsinin sədri İlham Hüseyndir.
Mitinq iştirakçılarının şüarı «Heykəli bir kənddə, Nüfuzu məmləkətdə»dir. Mitinq iştirakçıları dövlət himnini səsləndiriblər.

AXCP sədri daha sonra bu gün Azərbaycanda cümhuriyyətçilik ideyalarına, Məhəmməd Әmin Rəsulzadəyə rəsmi səviyyədə göstərilən neqativ münasibətdən bəhs etdi, Azərbaycanın yenidən demokratiyaya qovuşacağına inamını ifadə etdi.
AXCP sədrindən sonra şair Teyyub Qurban və KXCP sədri Mirmahmud Mirəlioğlu çıxış etdi.

Cəmil Həsənli daha sonra Rəsulzadənin xidmətlərini sadaladı. Cəmil Həsənli daha sonra bildirdi ki, Azerbaycanın siması bu gün ona rəhbərliyi ələ alan korrupsionerlər deyil, Resulzadədir, Elçibəydir, Azərbaycan bayrağını həqiqi sevgi ilə başı üzərinə qaldıranlardır.
Cəmil Həsənlinin cıxışından sonra dövlət himninin oxunsası ilə bayram mitinqi başa çatdı. İştirakçılar Rəsulzadınin atasının mezarını ziyaret etdi.







Daha sonra abidə önündə cəbhəçi gənclər liderləri Əli Kərimli ilə xatirə fotosu çəkdirdilər.




Şərhlər