Menu

Bayram günləri yol qəzaları - Ölənlərin sayı 11-ə çatdı

25.03.2017, 10:23
Bayram günləri yol qəzaları - Ölənlərin sayı 11-ə çatdı

Bayram günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı artmaqda davam edir.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Bununla da martın 19-dan 25-dək respublikanın avtomobil yollarında baş verən yol qəzalarının sayı 32-yə çatıb. Həmin qəzalarda 11 nəfər ölüb, 52 nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol