Menu

Bu gün Aİ-nın yubiley sammiti olacaq - İtaliyanın paytaxtında

25.03.2017, 13:43

avropa_ittifaqi_000AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bu gün İtaliyanın paytaxtı Roma şəhərində Avropa İttifaqının (Aİ) yubiley sammiti keçiriləcək. Sammit, Aİ-nın əsasını qoymuş «Roma müqaviləsi»nin 60 illiyinə həsr olnub.

Görüş Avropa İttifaqının 27 üzv ölkəsinin iştirakı ilə baş tutacaq. İttifaqın tərkibindən çıxmaqda olan Böyük Britaniya sammitdə təmsil olunmayacaq.

Bundan əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker qeyd edib ki, Roma görüşü nəinki təkcə bayram hadisəsi olmalı, həm də Avropa İttifaqının tarixində yeni başlanğıc üçün yol açmalıdır.

Tədbirin nəticələri əsasında Aİ dövlət başçıları və hökumətləri gələcək planları nəzərdə tutan bəyannamə qəbul etmək niyyətindədirlər.

Sammitdən bir qədər əvvəl Polşanın Baş naziri Beata Şidlo bəyan edib ki, əgər sənəddə Varşava üçün əhəmiyyətli olan müddəalar yer almasa, o, bəyannaməni imzalamayacaq. Bir qədər sonra İtaliya nazirlər sövetinin Avropa işləri üzrə stats-katibi və bəyannamənin hazırlanması ilə səşğul olan Sandro Qotsi «TASS» agentliyinə verdiyi müsahibədə qeyd edib ki, sənədin mətnində Aİ üzrə müttəfiqlərin nəzərdə tutduğu bütün maddələr öz əksini tapıb.

Sammitlə bağlı Roma şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Almaniyanın kansleri Angela Merkel etiraf edib ki, Aİ səhvlərə yol verib. Ancaq yarımçıq qalmışları başa çatdırmağın zamanı yetişib və bunun üçün yaxşı baza var. Bu barədə Merkel İtaliya televiziyasına verdiyi müsahibədə söhbət açıb.

«Xarici sərhədləri açarkən, onların möhkəmləndirilməsi barədə düşünmədik. Vahid valyutanı dövriyyəyə buraxarkən, biz, böhrana hazır deyildik. Amma bütün bunları indi bank ittifaqı və stabilləşdirmə mexanizmlərinin köməyi ilə düzəldirik. Başlıcası odur ki, bütün bunlar həmrəylik atmosferində həyata keçirilsin» - deyə, Merkel qeyd edib.

Onun fikrincə, Avropa öz imkanlarından çıxış edərək, miqrasiya probleminə vahid cavab tapmağa nail olacaq.

«Biz, elə şəraitə zəmanət verməliyik ki, insanlar öz ölkələrindən qaçmasınlar, Suriyada yaşanan böhran kimi böhranları həll etməliyik və bütün bunları birlikdə etməliyik» - Merkel davam edib.

Nəhayət ki, Qərb faşizmi Yaxın Şərqdə və ümumiyyətlə, bütün dünyada yaşanan maliyyə-iqtisadi, hərbi-siyasi böhranların və onların doğurduğu kütləvi miqrasiya prosesinin gerçək səbəbkarı olduğunu dolayısı ilə Merkelin dilindən etiraf etməli oldu. Fəqət, bu etiraf «qıcqırmaqda olan» Avropa faşizmini dayandıra biləcəkmi?!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol