Menu

"Biz heç də hər şeyi yaxşı etmədik" - Angela Merkel

25.03.2017, 13:53
"Biz heç də hər şeyi yaxşı etmədik" - Angela Merkel

Avropa İttifaqı öz siyasətində heç də hər şeyi yaxşı etməyib.

Trend-in məlumatına görə, bunu Almaniya Kansleri Angela Merkel İtaliyanın "Rai" teleradio şirkətinə müsahibəsində deyib.

A.Merkel qeyd edib: "Əlbəttə, biz heç də hər şeyi yaxşı etməmişik. Bəzi işlər natamam qalıb".

O, avropalı siyasətçilərin miqrasiya və iqtisadi məsələlərdə səhv etdiklərini də bildirib:

"Məsələn, biz sərbəst yerdəyişmədən çıxış edərək xarici sərhədlərin mühafizəsi haqqında düşünmədik. Vahid valyuta yaradanda isə onu böhrana davam gətirmə qabiliyyətli etmədik. Lakin indi bank ittifaqı və stabilləşdirmə mexanizmi yaradırıq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol