Terror təşkilatı PKK-nın Suriya qolu olan YPG haqda Hollivudda film çəkiləcəyi açıqlanıb.
"AzPolitika.info"nun məlumatına görə, terror təşkilatı PYD/PKK militanlarını qəhrəmana çevirmək istəyənlər, böyük bir skandala imza atmağa hazırlaşırlar. ABŞ, YPG-nin filmini çəkməyə hazırlaşır. Terror təşkilatı İŞİD ilə mübarizə bəhanəsiylə silah və pul köməyinə boğulan terror təşkilatı PKK-nın Suriya qolları, bu dəfə ediləcək skandal bir film ilə insanlara gözəl göstərilməyə çalışılacaq. Terroristlərin qəhrəman kimi göstəriləcəyi film, Daniel Espinosa tərəfindən çəkiləcək. Filmdə baş rolda isə ABŞ-lı oyunçu Cake Gillenhal oynayacaq.
Terror təşkilatı YPG-yə qatılan amerikalılar
Filmdə amerikalıların Suriyada İŞİD-ə qarşı terror təşkilatı YPG-nin yanına qatılaraq qarşıdurmalara girməsi izah ediləcəyi bildirilərkən, prodüser Riva Marker layihə haqqında bunları söyləyib: "Xüsusilə dünya ilə daha az əlaqə qurduğumuz indiki vaxtda şəxsiyyət arayışıyla əlaqədar mövzular marağımızı çəkməyə başladı. Filmin hekayəsi, ən mərhəmətsiz şərtlərdə tanış olan, hər şeyi buraxmaqla əlaqədardır".
ELVİN
AzPolitika.info


Şərhlər