Menu

ABŞ səkkiz Rusiya şirkətinə qarşı sanksiya tətbiq edib

25.03.2017, 23:06

abs_rusABŞ Suriya, İran və Şimali Koreya ilə bağlı kütləvi qırğın silahlarının yayılmamasına dair Amerika qanunları ilə əlaqədar 8 Rusiya şirkətinə qarşı sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamenti nümayəndəsinə istinadən RİA “Novosti” məlumat yayıb.

Məlumata görə, tətbiq edilən sanksiyalar sözügedən qanunvericiliyin tələbinə uyğun olaraq fəaliyyətin mütəmadi olaraq aparılan qiymətləndirməsinin nəticəsi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol