Menu

Səkkiz Arktika ölkəsi birgə bəyanat imzaladı - Arktikada fəaliyyət barədə

26.03.2017, 10:00
Səkkiz Arktika ölkəsi birgə bəyanat imzaladı - Arktikada fəaliyyət barədə

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, səkkiz Arktika ölkəsi, o cümlədən, Rusiya və ABŞ Arktika bölgəsində fövqəladə vəziyyətlərdə və birgə əməliyyatlar zamanı qarşılıqlı fəaliyyət barədə Bostonda birgə bəyanat imzalayıb. Xəbəri ABŞ sahil-mühafizə idarəsinin mətbuat xidməti yayıb.

Bu sənəd Bostonda səkkiz Arktika ölkəsinin (Kanada, Danimarka, Finlandiya, İslandiya, Norveç, İsveç, ABŞ və Rusiya ) iştirakı ilə keçirilən 8-ci regional konfransın yekunları əsasında imzalanıb.

ABŞ sahil mühafizəsinin məlumatına görə, birgə bəyanat «Arktikada baş verə biləcək fövqəladə hallara reaksiyanı nəzərdə tutan əsas prinsipləri, taktiki fəndləri, reqlament və informasiya mübadiləri protokollarını» özündə əks etdirir.

İclasın yekununda həm də təntənəli mərasim keçirilib. Mərasimin gedişində ABŞ bu foruma sədrliyi Finlandiyaya ötürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol